25
“Lion” (Fransa) və “Fənərbaxça” (Türkiyə) arasında keçirilən son seçmə mərhələnin cavab oyunundan sonra kütləvi dava baş verib.
Ucnoqta.az xəbər verir ki, davaya “Fənərbaxça”nın yarımmüdafiəçisi Matteo Genduzi səbəb olub. Matç zamanı Fransa klubunun azarkeşləri ilə bir neçə dəfə mübahisə edib. Futbolçu qeyd edib ki, “Lion” azarkeşləri oyun boyu onun ailəsini təhqir ediblər.
Genduzi əvvəllər “Lion”un əzəli rəqibi olan “Marsel”də oynayıb. “Lion” azarkeşləri onu “isti” qarşılayıblar və Genduzi də buna cavab verib. Sonda o, qələbəni rəqib azarkeşlərin qarşısında qeyd edərək “Marsel” jesti edib. Bu anda “Lion” azarkeşləri meydana qaçmağa çalışıblar və artıq oyunçular arasında dava düşüb.
