178
Ermənistanın baş naziri Nikol Paşinyan Robert Köçəryan, Qagik Tsarukyan və Serj Sarkisyanın yalnız pensiya və qanuni gəlirləri hesabına yaşamalı olduqlarını bildirib.
Ucnoqta.az xəbər verir ki, Paşinyan qeyd edib ki, ayın 1-i yaxınlaşanda onlar telefonlarını açaraq pensiyalarının ödənilib-ödənilmədiyini yoxlamalıdırlar. O, bunun siyasi məsələ olduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, həmin şəxslərin qanunsuz yollarla əldə etdikləri bütün vəsaitlər qəpik-qəpik Ermənistana və xalqa qaytarılmalıdır.
“Niyə? Çünki onlar pensiyaları və qanuni gəlirləri ilə yaşamalıdırlar və qanunsuz yolla əldə etdikləri hər şey, dənə-dənə, qəpik-qəpik, sent-sent, kabab-kabab Ermənistan Respublikasına və xalqına qaytarılmalıdır.
