31
İsveçdə Brinellskolan gimnaziyasında qılıncla törədilən hücum işi üzrə ikinci şübhəli saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, Prokurorluğun məlumatına görə, həmin şəxs qətlə yardım etmək və qətlə cəhdə təhrikdə şübhəli bilinir.
Hadisə avqustun 22-də Vestmanland əyalətinin Fagersta kommununda baş verib. Hücum nəticəsində 17 yaşlı qız həlak olub, üç oğlan yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
İstintaq çərçivəsində daha əvvəl 18 yaşlı Liam Nebel həbs edilib. O, polisə verdiyi ifadədə qurbanlarını təsadüfi seçdiyini və daha çox yeniyetməni öldürmək niyyətində olduğunu bildirib.
