33
Antalyadan Yekaterinburqa uçan təyyarənin Qazaxıstanın Atırau şəhərinə məcburi eniş etməsindən sonra sərnişinlərdən biri vəfat edib.
Ucnoqta.az xəbər verir ki, Qazaxıstanın Nəqliyyat Polisi Departamentinin məlumatına görə, ilkin ölüm səbəbi kəskin ürək çatışmazlığı olub.
Hadisə ilə bağlı araşdırma aparılır. Yerli “Ak Jayıq” nəşrinin məlumatına görə, ölən şəxs Türkiyədə istirahətdən Rusiyaya qayıdan 41 yaşlı Rusiya vətəndaşı olub.
