Avqustun 26-da Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərində Wildberries marketpleysinin əsas logistika mərkəzlərindən biri PUA hücumuna məruz qalıb.
Ucnoqta.az Exilenova+”a istinadən xəbər verir ki, hadisədən sonra mərkəzdə yanğın baş verib.
Gecə yarısına yaxın monitorinq kanalları bölgədə təhlükə barədə məlumat yayıb. Tambov hava limanında uçuşlara məhdudiyyətlər tətbiq edilib. Yerli sakinlər azı 10 partlayış səsi eşitdiklərini bildiriblər. Şəhərin rayonlarından birində yanğın baş verdiyi qeyd olunur.
Hadisə ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.
Monitorinq kanallarının məlumatına görə, Kotovskdakı Wildberries obyekti Mərkəzi Rusiyanın əsas logistika mərkəzlərindən biridir. Mərkəz 2025-ci ildə fəaliyyətə başlayıb və tam gücü ilə işlədikdə 54 milyonadək məhsul vahidinin saxlanmasını təmin etməlidir.
