Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, G20 ölkələrinin iqtisadi artım tempi 2031-ci ildə 3%-ə qədər enə bilər. Bu göstərici 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyələrdən biri olacaq.
Ucnoqta.az xəbər verir ki, BVF qeyd edib ki, enerji qiymətlərinin artması, siyasi qeyri-müəyyənlik və proteksionizmin güclənməsi dünya iqtisadiyyatına təzyiq göstərir. G20 ölkələri dünya ÜDM-nin təxminən 85%-ni təşkil edir.
Fondun qiymətləndirməsinə əsasən, “Böyük iyirmilik” ölkələrinin bir çoxu əmək, əmtəə və istehlak bazarlarında həddindən artıq tənzimləmənin yaratdığı məhdudiyyətlərlə üzləşir.
BVF hesab edir ki, iqtisadi artım perspektivlərinin yaxşılaşdırılması üçün ölkələr daha effektiv normativ və institusional çərçivələr formalaşdırmalıdır.
