35
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin əhəmiyyətli hissəsinin həlak olmasının Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmasını çətinləşdirdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə WABC radiostansiyasına müsahibəsində danışıb.
Onun sözlərinə görə, İranın bir çox liderinin həlak olması danışıqların aparılmasını çətinləşdirir: “Razılaşma əldə etmək asan deyil. Ölkəyə kimin rəhbərlik etdiyi məlum deyil”.
Tramp eyni zamanda ABŞ-ın İranla münaqişədə qarşıya qoyduğu məqsədlərə uğurla nail olduğunu bildirib. O, əsas məqsədlərdən birinin Tehranın nüvə silahına sahib olmasına imkan verməmək olduğunu vurğulayıb.
