88
UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” səfərdə “Tvente” (Niderland) qonağı olub.
Ucnoqta.az xəbər verir ki, Enshededəki “Tvente” stadionunda keçirilən matç “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. Oyunun 52-ci dəqiqəsində Kadi Borges Ağdam komandasını nə keçirib (0:1).
Qarşılaşma bu hesabla da sona çatıb.
Matçı albaniyalı FIFA referisi Yucin Caya idarə edirdi.
Qeyd edək ki, komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Konfrans Liqası, pley-off mərhələsi, ilk oyun
20 avqust
22:00. “Tvente” (Niderland) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol: Kadi Borges, 52
Baş hakim: Cuxin Caca (Albaniya)
“De Qrolş Veste”, Enşede, Niderland
