29
ABŞ “Hizbullah” təşkilatına maliyyə dəstəyi göstərməkdə ittiham olunan 10 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, sanksiyaya məruz qalan şəxslər “Hizbullah”a vəsaitlərin ötürülməsinə cavabdeh olan maliyyə şəbəkəsinin üzvləridir. Bildirilir ki, şəbəkə çərçivəsində kuryerlər Livan, Türkiyə, BƏƏ və İran arasında kommersiya reysləri ilə uçaraq yüz milyonlarla dollar vəsait daşıyıblar.
ABŞ tərəfi hesab edir ki, bu mexanizm “Hizbullah”a xarici valyuta əldə etməyə və sanksiyalardan yayınmağa imkan verir. Məhdudiyyətlər Türkiyə vətəndaşlarına qarşı tətbiq edilib.
