78
Azərbaycanın qızlardan ibarət U-15 millisi Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyununu keçirib.
Ucnoqta.az AFFA-ya istinadən xəbər verir ki, yığma Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Şimkənd şəhərində yerləşən “Namys” stadionunda baş tutan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-15 yığması turnirdəki əvvəlki matçlarında Qazaxıstana (1:2) və Rusiyaya (0:13) məğlub olub.
