ABŞ-ın “Foundation” şirkəti ölkənin cənub sərhədinin patrulunda “Phantom” adlı humanoid robotlardan istifadə etməyi təklif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sanket Patak “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, robotlar çətin relyefdə müstəqil hərəkət edə, insanları digər obyektlərdən ayıra, ərazinin xəritəsini hazırlaya və müşahidə apara biləcəklər. Robotların əsas vəzifəsi sərhədi keçmək üçün potensial məntəqələri müəyyənləşdirərək təhlükəsizlik əməkdaşlarına məlumat vermək olacaq.
Patak gələcəkdə ABŞ administrasiyasının belə bir tələb irəli sürəcəyi təqdirdə robotların sərhəd əməliyyatları üçün silahlandırılmasının mümkünlüyünü də istisna etməyib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə “Fox News”a bildirib ki, hazırda şirkətlə hər hansı rəsmi razılaşma yoxdur.
