Çinin keçmiş sədri Tszyan Tszemin (1926–2022) ölkənin inkişafına, islahatlara və açıqlıq siyasətinə mühüm töhfə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Tszyan Tszeminin anadan olmasının 100-cü ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edərkən bildirib. Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Si Cinpin qeyd edib ki, Tszyan Tszemin Çin xüsusiyyətlərinə malik sosializm işinin qorunmasına, hərtərəfli islahatların və açıqlıq siyasətinin yeni mərhələsinin başlanmasına, eləcə də XXI əsrdə Çin xüsusiyyətlərinə malik sosializmin uğurla inkişaf etdirilməsinə böyük töhfə verib.
Çin lideri Tszyan Tzeminin strateji düşüncəsini və kritik dövrlərdə qərar qəbul etmək bacarığını da vurğulayıb. Si Cinpinin sözlərinə görə, onun rəhbərliyi dövründə Çin Asiya maliyyə böhranının və 1998-ci ildə baş vermiş genişmiqyaslı daşqınların nəticələrinin öhdəsindən gəlib.
