28
Vogue jurnalının redaktorları 2026-cı ilin payızında ən dəbli saç rənginin qırmızı və mis tonları olacağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, nəşrin məlumatına görə, bu rənglər moda və kino sənayesində getdikcə daha çox populyarlıq qazanır. Lindsi Lohan, Sedi Sink, MakKenna Qreys, Cessika Çesteyn və Culian Mura kimi məşhurlar da müxtəlif layihələr üçün qırmızı və mis tonlarına üstünlük veriblər.
Ekspertlər trendin təbiilik və orijinallığa artan maraqla bağlı olduğunu bildirirlər. Stilistlər payız üçün xüsusilə “məxməri mis”, “yanmış darçın” və tünd şabalıdı-qırmızı tonları önə çıxarırlar.
