26
“Frida” filmi ilə tanınan amerikalı-meksikalı aktrisa Salma Hayek ilk dəfə nənə olub. Aktrisanın 29 yaşlı ögey oğlu Fransua kiçik və 23 yaşlı həyat yoldaşı Lara Kozima Henkel fon Donnersmarkın oğlu dünyaya gəlib.
Ucnoqta.az bildirir ki, bu barədə yeni ana sosial şəbəkədə yeni doğulan körpə ilə ailə fotolarını paylaşaraq məlumat verib. Cütlük oğullarına Fransua adını verib və bununla ailə ənənəsini davam etdirib.
Lara Kozima Henkel fon Donnersmark alman aristokrat ailəsindən gəlir. Onun atası “Oskar” mükafatına layiq görülmüş rejissor Florian Henkel fon Donnersmarkdır. Lara isə model kimi fəaliyyət göstərir və sosial şəbəkələrdə aktivdir.
Lara və Fransua şəxsi həyatlarını mediadan uzaq saxlamağa çalışırlar.
