38
Fransanın Avropa hissəsindəki 96 departamentdən 80-də hava şəraiti ilə bağlı təhlükənin ikinci ən yüksək – narıncı səviyyəsi elan olunub.
Ucnoqta.az xəbər verir ki, məlumatı ölkənin milli meteorologiya xidməti Météo-France yayıb.
Xidmətin məlumatına görə, ölkənin bəzi bölgələrində havanın temperaturu 38-40 dərəcəyə yüksələcək. Bundan əlavə, əksəriyyəti Fransanın şimal-qərbində yerləşən 50 departamentdə meşə yanğınları riskinin yüksək olması səbəbindən narıncı səviyyəli xəbərdarlıq qüvvəyə minib.
