32
Lionel Messi atasının vəfatından sonra “İnter Mayami”nin heyətində ilk oyununu keçirib.
Ucnoqta.az xəbər verir ki, ABŞ klubu Liqa Kubokunda Meksikanın “Leon” komandasına 2:3 hesabı ilə məğlub olub. İkinci hissənin əvvəlində meydana daxil olan Messi oyunda məhsuldar hərəkətlərlə yadda qalmayıb.
Qeyd edək ki, Messinin atası Xorxe Messi avqustun 8-də 68 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Futbolçu atasının vida mərasimində iştirak etdiyi üçün “Monterrey” ilə əvvəlki matçı buraxmışdı.
