43
Rusiyanın müxtəlif regionları, həmçinin Qara və Azov dənizləri üzərində 362 Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq məhv edilib.
Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, PUA-lar Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Orenburq, Oryol, Penza, Rostov, Ryazan, Samara, Tula və Ulyanovsk vilayətləri, Moskva regionu, Başqırdıstan, Krım, Tatarıstan və Krasnodar diyarı üzərində zərərsizləşdirilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, PUA-ların bir hissəsi Azov və Qara dənizlərin akvatoriyaları üzərində vurulub.
