35
Latviya sərhədçiləri Belarus ərazisindən qazılaraq ölkəyə keçid üçün istifadə edilən tunel aşkarlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinə istinadən “Delfi” portalı məlumat yayıb. Tuneldən bir qrup qeyri-qanuni miqrantın Latviyaya daxil olduğu bildirilir.
Latviyanın daxili işlər naziri Yanis Dombrovanın sözlərinə görə, sərhəd ərazisində paltarları torpaq içində olan bir qrup miqrant saxlanılıb. Hadisənin araşdırılması zamanı yeraltı tunel aşkar edilib.
