28
Dəməşq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədi insanlıq əleyhinə cinayətlər, qətl və işgəncə ittihamları ilə ölüm cəzasına məhkum edib.
“SANA”nın məlumatına görə, Əsədin qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atef Nacib barədə də ölüm hökmü çıxarılıb.
Bəşər və Mahir Əsəd məhkəmədə qiyabi mühakimə olunub və beynəlxalq axtarışa verilib. Atef Nacib isə məhkəmədə iştirak edib.
Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrilərək ailəsi ilə birlikdə Rusiyaya gedib.
