ABŞ Prezidenti Donald Tramp demokratların Konqresə keçiriləcək aralıq seçkilərində qalib gələcəyi təqdirdə ölkənin son respublikaçı prezidenti ola biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Punchbowl News portalına müsahibəsində danışıb.
“Əgər onlar (demokratlar) qalib gəlsələr, ola bilsin ki, mən ABŞ-ın son respublikaçı prezidenti olum”, – deyə o bildirib.
Bununla yanaşı, Tramp respublikaçıların seçkilərdə qələbə qazanacağına əmin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bunun üçün Senat “daha ağıllı davranmalıdır”.
ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün tərkibi yenidən formalaşdırılacaq. Hazırda Konqresin hər iki palatasında çoxluq Respublikaçılar Partiyasının nəzarətindədir.
