26
Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında iyulun 28-də baş vermiş 7,1 bal gücündə zəlzələdən sonra 138 təxliyə mərkəzində təxminən 7,3 min nəfər qalmaqda davam edir.
Ucnoqta.az xəbər verir ki, Milli ictimai televiziya kanalının məlumatına görə, fəlakət bölgəsində 44 mindən çox təsərrüfat hələ də içməli su təchizatından məhrumdur.
Avqustun 3-dək elektrik enerjisinin verilişi əsasən bərpa olunub. Bu, təxliyə mərkəzləri də daxil olmaqla binalarda kondisionerlərin yenidən işləməsinə imkan verib. Hazırda bu xüsusilə vacibdir, çünki Kumamoto prefekturasında havanın temperaturu 40 dərəcəyə çatır.
Zəlzələ nəticəsində 38 nəfər həlak olub, 17 nəfər isə aldığı xəsarətlərə görə müalicə alır.
