31
ABŞ Prezidenti Donald Trump Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün yenidən açılacağını iddia edib.
Ucnoqta.az xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində bildirib.
“Boğaz çox tezliklə açılacaq. Əks halda, onlara güclü zərbə endiriləcək və bundan sonra boğaz açılacaq”, – deyə Ağ Ev rəhbəri qeyd edibş
O, həmçinin ABŞ ilə İran arasında danışıqların yaxşı getdiyini vurğulayaraq, “Çox yaxşı danışıqlar aparırıq”, – deyib.
Tramp əlavə edib ki, İran bunu etiraf etmək istəmir və bu yanaşmanı “bir qədər ruhdan salan” adlandırıb.
