Astroloqların fikrincə, bəzi bürclər diqqət mərkəzində olmağa can atmır, uğurlarını nümayiş etdirmək əvəzinə sakit və təvazökar davranmağa üstünlük verirlər.
Ucnoqta.az xəbər verir ki, Nlc.hu portalının məlumatına görə, bu xüsusiyyətləri ilə seçilən dörd bürc bunlardır:
Xərçəng – Yaxınlarının xoşbəxtliyini öz uğurlarından üstün tutur, etdiyi yaxşılıqlara görə tərif və təşəkkür gözləmir.
Qız – Böyük nailiyyətlər qazansa belə, onları nümayiş etdirməyi sevmir və daim özünü inkişaf etdirməyə çalışır.
Oğlaq – Məqsədlərinə çatmaq üçün səssiz və intizamlı şəkildə çalışır, nəticələri sözlərdən üstün tutur.
Balıqlar – Özünü başqalarından üstün tutmur, harmoniyaya, qarşılıqlı dəstəyə və səmimi münasibətlərə daha çox önəm verir.
Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş metod deyil və bu cür xarakteristikalar ümumi inanclara əsaslanır.
