32
İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz yollarla daxil olan miqrantların demək olar ki, hamısı Mərakeşə geri qaytarılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Seuta və ya Melilya vasitəsilə İspaniyaya qanunsuz daxil olmaq ölkədə qalmaq, materik hissəsinə keçmək və ya Avropada sərbəst hərəkət etmək hüququ vermir.
Nazirlik həmçinin xatırladıb ki, Seuta sərhədində xüsusi dəniz maneəsi quraşdırılıb. Məlumata əsasən, iyulun 30-da sərhədi qanunsuz keçən şəxslərin demək olar ki, hamısı artıq Mərakeşə qaytarılıb.
