33
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 55 əcnəbi vətəndaşı, o cümlədən Rusiya vətəndaşlarını ölkədən deportasiya edib.
Ucnoqta.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, deportasiya olunanlar arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İraq, Pakistan, Rusiya, Sudan, Somali, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşları da var.
Deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
