31
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla Nyu-Yorkda görüşmək ehtimalına açıq olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Trampın bu mövqeyi “Fox News” telekanalında yayımlanan açıqlamada səsləndirilib.
Telekanalın jurnalisti Treyi İnqst bildirib ki, Tramp BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran lideri ilə görüşə razı ola bilər.
Məsud Pezeşkianın sentyabrın 23-də BMT Baş Assambleyasının iclasında çıxış etməsi gözlənilir. ABŞ administrasiyası İran prezidentinin və ölkənin əsas nümayəndə heyətinin Nyu-Yorka səfərinə icazə verib.
Hazırda Tramp və Pezeşkian arasında belə bir görüşün keçirilməsi barədə rəsmi razılaşma açıqlanmayıb.
