34
Pakistanda “Camaat-i İslami” partiyası yanacaq qiymətlərinin artmasına etiraz olaraq İslamabada yürüşə başlayıb.
Ucnoqta.az xəbər verir ki, partiya neft məhsullarına tətbiq olunan aksiz vergisinin ləğvini tələb edir.
Partiyanın lideri Hafiz Nemur Rəhman Kəraçidə tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, hökumət aksiz vergisini ləğv etməsə, etiraz aksiyası hökumətin istefasını tələb edən kampaniyaya çevrilə bilər.
Məlumata görə, Kəraçidən yola çıxan etirazçılar qatarla İslamabada doğru hərəkət edir. Marşrut üzrə Rori və Sukkur kimi şəhərlərdə aksiyaların keçirilməsi nəzərdə tutulur.
