32
Rusiya Prezidenti Vladimir Putinin Dövlət Dumasına seçkilərdə onlayn səsverməsi zamanı istifadə etdiyi kompüterdə heç bir problem yaranmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Podem” nəşrinə açıqlamasında bildirib.
“Prezidentdə hər şey işləyir”, – deyə Peskov qeyd edib.
Putin sentyabrın 18-də iş kabinetindəki kompüter vasitəsilə Dövlət Dumasına seçkilərdə onlayn səs verib. Səsvermə prosesinə dair görüntülər Kremlin mətbuat xidməti tərəfindən yayımlanıb.
