Kabo-Verde milli komandasının qapıçısı Vozinya Çilinin “Kolo-Kolo” klubuna transfer edilib.
Ucnoqta.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında imzalanan müqavilə 2026-cı ilin dekabr ayının sonunadək qüvvədə olacaq.
Transfermarkt portalının məlumatına əsasən, Vozinya dünya çempionatında İspaniyaya qarşı keçirilən və 0:0 hesabı ilə başa çatan oyunda 7 qurtarış etməklə diqqət mərkəzinə düşüb. Həmin matçdan sonra onun “Instagram” hesabına cəmi bir sutkadan bir qədər artıq müddətdə 10 milyon yeni izləyici qoşulub. Hazırda qapıçının izləyici sayı təxminən 29,5 milyondur.
Kabo-Verde millisi dünya çempionatında 1/16 finala qədər irəliləyib və əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olub. Vozinya isə Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə turnirin rəmzi komandasına daxil edilib.
