28
Azərbaycan Premyer Liqasında 6-cı turun son oyunları bu gün keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, turun son günündə azarkeşlər iki qarşılaşmaya şahidlik edəcəklər.
Günün ilk matçı Şamaxıda baş tutacaq. Yerli komanda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 16:30-da səslənəcək.
Turun sonuncu qarşılaşması isə Gəncədə oynanılacaq. “Kəpəz” azarkeşləri önündə “Sumqayıt”la qarşılaşacaq. Bu görüşün başlanma vaxtı 19:00 müəyyənləşdirilib.
Beləliklə, bu iki matçın ardından Premyer Liqanın 6-cı turuna tam yekun vurulacaq.
