32
“Real Madrid” İspaniya çempionatının 7-ci turunda səfərdə “Atletiko Madrid”ə 1:2 hesabı ilə məğlub olub.
Ucnoqta.az xəbər verir ki, meydan sahiblərinin heyətində qolları 53-cü dəqiqədə penalti ilə Alejandro Qrimaldo və 59-cu dəqiqədə Conatan Devid vurub. “Real”ın yeganə qoluna isə 89-cu dəqiqədə Antonio Rüdiger imza atıb.
“Real” 52-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Müdafiəçi Din Heysen son ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Baş məşqçi Joze Mourinyonun Madridə qayıdışından sonra ilk derbisi də uğursuz alınıb. Portuqaliyalı mütəxəssis daha əvvəl “Real”da çalışdığı dönəmdə “Atletiko” ilə keçirdiyi 9 oyunun yalnız birində məğlub olmuşdu.
