34
Ötən ilin “Qızıl top” mükafatının sahibi, PSJ və Fransa millisinin hücumçusu Usman Dembele komanda yoldaşı Xviça Kvaratsxeliyanı dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Dembele bu fikirləri Fransa çempionatının mətbuat xidmətinə açıqlamasında səsləndirib.
“Qızıl top”un təqdimetmə mərasimi 26 oktyabrda Londonda keçiriləcək. Kvaratsxeliya və Dembele də mükafata namizədlər arasında yer alıblar.
“Şəxsən mən diqqət mərkəzində olmağı sevmirəm. Mənim üçün Xviça Kvaratsxeliya dünyanın ən yaxşı oyunçusudur”, – deyə Dembele bildirib.
