45
Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada sambo üzrə Rusiya çempionatının mükafatçısı Vauilov Davudov güllələnərək öldürülüb.
Ucnoqta.az xəbər verir ki, 31 yaşlı idmançı “Marrakeş” banket zalında keçirilən toy mərasimində iştirak edərkən naməlum şəxslə mübahisə edib. İstintaqın məlumatına görə, mübahisə zamanı həmin şəxs Davudova atəş açıb.
İdmançı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Şübhəlinin axtarışı davam edir.
