64
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus 17-ci MQ-1 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bəyan edib.
Ucnoqta.az xəbər verir ki, SEPAH-ın mətbuat xidmətinin məlumatına görə, ABŞ ordusuna məxsus kəşfiyyat-zərbə təyinatlı PUA şənbə günü Kişm adası üzərində məhv edilib. Hadisənin yerli vaxtla saat 14:30-da baş verdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, pilotsuz uçuş aparatı SEPAH-ın Aerokosmik Qüvvələrinin müasir hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub.
