24
Yaponiyanın dəmir yolu operatoru Keisei Electric Railway kiberhücum nəticəsində təxminən 3,37 milyon müştərinin şəxsi məlumatlarının ələ keçirilmiş ola biləcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, şirkətin rəsmi saytında yayılan məlumata görə, məlumat sızması məlumat bazalarına icazəsiz giriş nəticəsində baş verib.
Hadisə son aylarda Yaponiyanın müxtəlif şirkət və dövlət qurumlarına qarşı kiberhücumların artdığı bir dövrə təsadüf edib. İndiyədək bu hücumlar nəticəsində on milyonlarla istifadəçinin məlumatlarının sızdığı bildirilir.
Yerli ekspertlər kiberhücumların artmasını süni intellektin sürətli inkişafı və onun kiberhücumlarda istifadəsi ilə əlaqələndirirlər.
