Almaniyanın BMW avtomobil konserni yanğın riskinə görə ABŞ-da 720 796 avtomobili geri çağırır.
Ucnoqta.az xəbər verir ki, bunu Reuters agentliyi ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən xəbər verib.
İdarə həmçinin avtomobil sahiblərinə avtomobilləri təmir olunana qədər açıq havada, binalardan və digər nəqliyyat vasitələrindən uzaqda saxlamağı tövsiyə edib. BMW nasazlıqların aradan qaldırılması üzərində işləyir. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosundakı problemə görə avtomobillər geri çağırılıb və təmir olunub, bundan sonra isə 10 yanğın hadisəsi qeydə alınıb.
NHTSA-nın bildirdiyinə görə, geri çağırış 2012-2018-ci illər arasında istehsal olunmuş BMW 3 və 5 seriyalarına, X1, X3, X4 və Z4 modellərinə, eləcə də bəzi digər modellərə şamil edilir.
