Birləşmiş Ştatlar perspektivli strateji B-21 (Raider) bombardmançısının silah sistemlərinin sınaqlarına başlayır.
Ucnoqta.az xəbər verir ki, bunu təyyarəni yaradan “Northrop Grumman” korporasiyası açıqlayıb.
Şirkətin verdiyi məlumata görə, təyyarə uçuş sınaqları zamanı silahdan istifadə qabiliyyətini nümayiş etdirib. Northrop Grumman həm bombardmançının istehsalını, həm də sınaqlarını sürətləndirir. Eyni zamanda, ilk B-21-lərin 2027-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verilməsinin planlaşdırıldığı təsdiqlənib. Onlar ilk növbədə Cənubi Dakota ştatındakı “Ellsworth” hərbi hava bazasına çatdırılmalıdır.
İstehsalçının məlumatına görə, B-21 görünməzliyin azaldılması texnologiyaları tətbiq edilməklə yaradılmış uzaq mənzilli strateji bombardmançıdır və eşelonlaşdırılmış hava hücumundan müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulub. Təyyarə qorunan rabitə kanalları və qabaqcıl rəqəmsal idarəetmə arxitekturası ilə təchiz olunub. Bunlar müasir təhdidlər şəraitində ABŞ Silahlı Qüvvələrinin birgə əməliyyatlarını asanlaşdırmaq məqsədi daşıyır.
