47
Ukraynanın Qərb ölkələrindən aldığı F-16 qırıcı təyyarələri demək olar ki, istifadə olunmur. Buna səbəb təyyarələrin tez-tez təmirə ehtiyac duymasıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın eyni vaxtda havada saxlamalı olduğu təyyarələrin sayı hazırda istifadə edilən qırıcıların sayından 2,5 dəfə çox olmalıdır.
Zelenski qeyd edib ki, kağız üzərində kifayət qədər təyyarə olsa da, onların əksəriyyəti daim təmirdədir. Buna səbəb isə Ukraynaya verilən F-16-ların yeni olmamasıdır.
