54
Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası (KƏŞ) BMT Təhlükəsizlik Şurasını İrandan bölgə ölkələrinə hücumlar nəticəsində dəymiş ziyana görə təzminat tələb etməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Casim Məhəmməd əl-Budeyvi BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
O, beynəlxalq ictimaiyyəti hücumlara görə məsul şəxslərin cəzalandırılmasına və İranın vurulmuş zərəri ödəməyə məcbur edilməsinə çağırıb.
Təşkilatın məlumatına görə, fevralın 28-dən indiyədək İran Fars körfəzi ölkələrinə 7 mindən çox raket və pilotsuz uçuş aparatı (PUA) göndərib.
