42
Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Polisin keçirdiyi tədbirlərlə əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
