101
Portuqaliya milli komandası Kriştiano Ronaldunun yığma karyerasını başa vurmasından sonra 7 nömrəli formanın dizaynını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası sosial şəbəkədə video yayımlayıb. Yeni dizaynda 7 rəqəminin ortasına əlavə xətt çəkilib.
Federasiyanın paylaşımında “Yeni 7-ni təqdim etməyin vaxtıdır. Çünki onlardan biri əbədi qalacaq” sözləri yer alıb.
Qeyd edək ki, 41 yaşlı Kriştiano Ronaldo noyabrın 5-də Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, 18 il komandanın kapitanı olub. Beşqat “Qızıl top” sahibi millidə keçirdiyi 234 oyunda 146 qol vurub.
