40
Çilidə baş verən güclü yağış və fırtınalar nəticəsində ən azı 10 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Milli Fəlakətlərin İdarə Edilməsi Xidmətinin direktoru Alisiya Sebrian bildirib.
Sebrianın sözlərinə görə, ən azı dörd nəfər itkin düşüb. On yeddi nəfərin yaralandığı bildirilir. Daha 104.504 nəfər isə Atakama və Kokimbo bölgələri ilə əlaqəni itirib.
Təbii fəlakət nəticəsində 2000-dən çox ev ciddi şəkildə zədələnib, 76 yaşayış binası dağılıb. 138.000 insan elektriksiz qalıb.
