Məhkəmə İmran Xana qarşı ittihamları ləğv etməkdən imtina edib

15:26 - 14 Noyabr 2024 - DÜNYA

 Pakistan məhkəməsi müxalifətdəki Ədalət Hərəkatı (JM) partiyasının qurucusu keçmiş baş nazir İmran Xanın hakimiyyətdə olarkən xarici liderlərdən alınan qiymətli hədiyyələrin satışından əldə edilən gəlirlərin gizlədilməsi ilə bağlı ittihamlara aydınlıq gətirmək tələbini rədd edib.

Ucnoqta.az xəbər verir ki, Bloomberg bu barədə vəkil Şoaib Şaheenə istinadən məlumat yayıb.

Məlumata görə, xüsusi məhkəmənin hakimi bu hökmü keçmiş baş nazirin bir ildən artıqdır ki, bir neçə məhkəmə hökmü üzrə həbs cəzasını çəkdiyi paytaxt İslamabad yaxınlığındakı həbsxanada keçirilən iclasda elan edib.
İndi məhkəmə rəsmi olaraq bu iş üzrə ittihamları formalaşdıracaq.

Xəbər xətti