"Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq (CAREC) İqlim, İnnovasiya və Ticarət Tərəfdaşlığına həsr olunan nazirlərin görüşündə sözügedən proqrama üzv ölkələr arasında tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
APA xəbər verir ki, mərasim COP29-da CAREC çərçivəsində keçirilən görüşdən sonra baş tutub.
Bəyannamədə tərəflər bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq mövqe ifadə ediblər.