Bu futbolçuların transfer qiyməti artdı - SİYAHI

16:55 - 18 İyul 2024 - İDMAN

Məşhur Transfermarkt saytı son Avropa çempionatında ən yaxşı çıxış edən futbolçuların dəyərini yeniləyib.

Ucnoqta.az xəbər verir ki, ən böyük artımı, yəni 30 milyon avronu Avro-2024-ün ən yaxşı gənc futbolçusu kimi tanınan 17 yaşlı “Barselona”nın və ispaniyalı hücumçu Lamin Yamal alıb. İndi onun bazar dəyəri 120 milyon avro qiymətləndirilir.

Avro 2024-dən sonra ən bahalı 10 futbolçu:

Lamin Yamal (İspaniya Barselona) - 30 milyon avro əlavə  (120 milyon avro);
Arda Gülər ​​(Türkiyə, Real Madrid) - 15 milyon avro (45 milyon avro);
Rikkardo Kalafiori (İtaliya, Bolonya) - 15 milyon avro (45 milyon avro);
Camal Musiala (Almaniya, Bayern Münhen) - 10 milyon avro (130 milyon avro);
Rodri (İspaniya, Mançester Siti) – 10 milyon avro (130 milyon avro);
Niko Uilyams (İspaniya, Atletik) - 10 milyon avro (70 milyon avro);
Dani Olmo (İspaniya, Leypsiq) - 10 milyon avro (60 milyon avro);
Giorgi Mamardaşvili (Gürcüstan, Valensiya) - 10 milyon avro (45 milyon avro);
Ferdi Kadıoğlu (Türkiyə, Fənərbaxça) - 9 milyon avro (30 milyon avro);
Dan Ndoye (İsveçrə, Bolonya) - 8 milyon avro (22 milyon avro).

Xəbər xətti