Çində məktəb avtobusu uşaqların üzərinə çıxıb - azı 10 uşaq ölüb və ...

07:40 - 3 Sentyabr 2024 - DÜNYA

Çində Şandunq əyalətinin şərqindəki Tai'an şəhərində məktəb yaxınlığında avtobusun iştirakı ilə baş verən qəzada ən azı 10 uşaq ölüb və ya yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Hadisə çərşənbə axşamı səhər yerli məktəblərdən birinin qapısında baş verib.
 Bildirilir ki, adi məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən şagirdlərin üzərinə çıxıb.

Agentlik ölən və yaralananların sayı barədə hələlik dəqiq məlumat verməyib. Hadisənin səbəbləri açıqlanmır.

Xəbər xətti