Neymar yanvar ayına qədər Səudiyyə Ərəbistanında oynamayacaq

16:51 - 15 Sentyabr 2024 - İDMAN

Dizindəki ciddi zədəni sağaldan braziliyalı hücumçu "Əl-Hilal"ın heyətində yer almayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Marca məlumat yayıb. Məlumata görə, yanvarda yeni qeydiyyat dövrü açılana qədər Səudiyyə Ərəbistanı çempionatında oynamayacaq Bir neçə gün əvvəl aparılan tibbi müayinə Neymarın hələ oynamağa tam hazır olmadığını və sağalması üçün daha bir neçə ay lazım olduğunu göstərdi.

Xəbər xətti