Goradildə yol qəzası olub - ölən var

16:39 - 15 Sentyabr 2024 - HADİSƏ

Goradil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, Abşeron rayonu, Goradil qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası zamanı bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

FHN-in xilasediciləri tərəfindən həmin bir nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti