ABŞ-da baş verən atışmada ən azı dörd nəfər həlak olub

12:07 - 3 Sentyabr 2024 - DÜNYA

ABŞ-da Çikaqo yaxınlığındakı İllinoys ştatındakı Forest Parkda qatar stansiyasında atışma nəticəsində azı 4 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 2-də səhər saatlarında baş verib. Üç nəfər yerindəcə ölüb, dördüncü zərərçəkən xəstəxanaya çatdırılıb, o, daha sonra aldığı xəsarətlərdən orada ölüb.

Polis hücumçunu saxlaya bilib, üzərindən odlu silah tapılıb. 

Xəbər xətti