Metroda nasazlıq: Qatarlar arasında interval pozuldu

17:50 - 3 Sentyabr 2024 - Xəbər

"Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Bu barədə Ucnoqta.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat veriliib.

Məlumatda bildirilir ki, nəticədə, bu, "Nizami-Dərnəgül" sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.

Xəttə dərhal ehtiyat qatar buraxılıb.

Xəbər xətti